“Leyptsiq”dən “Bayern”ə
“Bayern”də yeni idman direktoru təyin ediləcək.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, son olaraq “Leyptsiq”də çalışmış Maks Eberl Münhen klubu ilə razılığa gəlib. “Leyptsiq”in bu keçidə görə 5 milyon avro təzminat alacağı da bildirilib.
Eberllə “Liverpul” da əməkdaşlıq etmək istəyib. Ancaq onun seçimi “Bayern” olub. 50 yaşlı mütəxəssislə yaxın vaxtlarda müqavilə imzalanacağı və onun klubun idman departamentinə rəhbərlik edəcəyi qeyd edilib.
Eberlnin mövsümün ikinci yarısından sonra Münhen klubunda işə başlayacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin