“Turan Tovuz”dan ayrılan futbolçu rəsmən Türkiyə klubunda

“Turan Tovuz”un futbolçusu Sertan Taşkının Türkiyənin “Manisa” klubuna keçidi rəsmiləşib.

Komanda.az Manisa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı sağ cinah müdafiəçisi yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Azərbaycan millisinin üzvü 1-ci liqa təmsilçisinə keçidi ilə bağlı təəssüratlarını bölüşüb:

“Manisa”ya keçdiyim üçün xoşbəxtəm. Burada gözəl işlərə imza atmaq istəyirəm. Bunun üçün çox çalışacam”.

Sertan Taşkın cari mövsümün ilk yarısında “Turan Tovuz”un heyətində Premyer Liqada 16 oyun keçirib, 1 qol vurub

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button