“Burada Messi üçün hər şey edilmişdi” – PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın keçmiş hücumçusu Lionel Messi haqda danışıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, klub prezidenti Messinin “İnter Mayami”yə keçməsindən sonra PSJ ilə bağlı açıqlamalarından təəssüfləndiyini bildirib:

“Ona böyük hörmətim var, amma kimsə PSJ haqqında pis danışırsa, bu yaxşı deyil, hörmət adlandıra biləcəyiniz şey deyil. O, pis insan deyil, amma bu mənim xoşuma gəlmir. İstəyirəm ki, hər kəs oyunçusu olanda klub haqqında danışsın, ayrılandan sonra yox. Bu, bizim üslubumuz deyil.

Messi tarixin ən yaxşı oyunçusudur. “Barselona”dan uzun illərdən sonra bura gəlmək onun üçün asan olmadı. Burada onun üçün hər şey edilmişdi. Kilian Mbappe burada oynayır və Neymar kimi başqa oyunçular da var idi”.

Messi ötən mövsümün sonunda PSJ-dən ayrılaraq MLS klubu ilə müqavilə imzalayıb. İyunda 36 yaşlı hücumçu Paris komandasında keçirdiyi iki ilin onun üçün çətin keçdiyini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button