“Liverpul”da ciddi itki
“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna onun İngiltərə kubokunun 1/32 finalında “Arsenal”la oyunda (0:2) zədələnməsi səbəb olub.
Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp futbolçunun durumu ilə bağlı deyib: “Son oyun zamanı Trent dizindən zədə aldı. Onun diz bağında kiçik yırtıq var və bunun sağalması üçün vaxt lazımdır. Bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Bir az dincələcək və ümid edirəm ki, əvvəlki səviyyəsinə qayıda biləcək. Onun üçün çox darıxacağıq”.
Aleksander-Arnold bu mövsüm bütün yarışlarda 25 matçda iştirak edib, 2 qol vurub və 9 qolun ötürməsini verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin