AFFA “Qarabağ”ın daha bir legionerini milliləşdirir

“Qarabağ” klubunun ispaniyalı yarımmüdafiəçisi Miçel Azərbaycan millisinə cəlb oluna bilər.

Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın “la nueva Espana” portalı məlumat yayıb. Məlumatda bildirilir ki, 34 yaşlı futbolçu AFFA-dan təklif alıb.

Gələn il Miçelin Azərbaycanda yaşamasının 5 ili tamam olacaq. FİFA-nın qaydalarına əsasən, bu, futbolçunun həmin ölkənin yığmasında oynamasına imkan verir.

Miçel bir müddət əvvəl “Qarabağ”la müqaviləsinin müddətini 2 il müddətinə uzadıb.

AFFA iki il əvvəl “Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeydanı milliləşdirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button