“İnter”də daha iki yeni müqavilə

“İnter” daha iki futbolçusu ilə müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, İtaliya klubu Matteo Darmian və Henrix Mxitaryanı da heyətində saxlamağa qərar verib.

Klubdan verilən açıqlamaya görə, Darmianın müqaviləsi 30 iyun 2025-ci il, Mxitaryanın müqaviləsi isə 2026-cı il iyunun 30-dək uzadılıb.

İtaliyalı sağ cinah müdafiəçisi Darmian bu mövsüm 23, erməni yarımmüdafiəçi Mxitaryan isə 24 matçda meydana çıxıb və 2 qol vurub.

Milan klubu bu gün Federiko Dimarkoyla da yeni müqavilə imzalandığını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button