İlin ən yaxşı məşqçisi bəlli olub
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına əsasən, 2023-cü ilin ən yaxşı klub məşqçisinin adını açıqlanıb.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, bu ada “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola layiq görülüb. O, 281 xal toplayıb. “Real”dan Karlo Ançelotti 2-ci (56 xal), 2023-cü ildə “Napoli”yə rəhbərlik etmiş Luçano Spaletti isə (53 xal) 3-cü yeri tutub.
TOP-5-liyə həmçinin “İnter”dən Simone İnzaqi (51 xal) və Braziliya “Fluminense”sindən Fernando Diniz (33 xal) daxil olub.
Qvardiola 2023-cü ildə İngiltərə Premyer Liqası, İngiltərə kuboku, Çempionlar Liqası, UEFA superkuboku və Klublararası dünya çempionatının qalibi adını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin