Keyn: “Biz titullar qazanmaq istəyirik”

“Bayern”in hücumçusu Harri Keyn 2024-cü il üçün hədəflərindən danışıb.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, 30 yaşlı forvard Münhen təmsilçisi ilə Bundesliqanın və Çempionlar Liqasının, İngiltərə yığması ilə isə AÇ-2024-ün qalibi olacağını deyib: 

“Bayern”lə Bundesliqa və Çempionlar Liqasını, İngiltərə millisi ilə isə AÇ-2024-ü qazanacam. Mənim oynadığım komandaların bu kubokları qazanmaq şansı həqiqətən də yüksəkdir. İngiltərə yığması son Avropa çempionatında da qalib olmağa çox yaxın idi. Heç bir bəhanə yoxdur, biz titullar qazanmaq istəyirik”.

Keyn bu yay 95 milyon avroya “Tottenhem”dən “Bayern”ə keçib. O, bu mövsüm bütün turnirlərdə 21 oyunda 24 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button