Qvardioladan yeni rekord
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola rekorda imza atıb.
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, “şəhərlilər” Klublararası dünya çempionatının finalında Braziliya “Fluminense”sini 4:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Bununla da, ispaniyalı mütəxəssis karyerasında 4-cü dəfə Klublararası dünya çempionatının qalibi olub. Bu isə rekord deməkdir. O, “Real”la 3 dəfə Klublararası dünya çempionatını qazanan Karlo Ançelottini qabaqlayıb.
Qvardiola 2009-cu və 2011-ci illərdə “Barselona” ilə, 2013-cü ildə isə “Bayern”lə bu titulu əldə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin