UEFA belçikalılara xəbərdarlıq etdi – Azərbaycan millisi ilə oyuna görə
UEFA AÇ-2024-ün seçmə mərhələsinin sonuncu turunda keçirilmiş Belçika – Azərbaycan oyununda baş verənlərlə bağlı qərarını verib.
Komanda.az xəbər verir ki, Avropa futbol qurumu Belçika Kral Futbol Assosiasiyasına sadəcə, xəbərdarlıq etməklə kifayətlənib.
Belçikalılar yarışın əsasnaməsini pozmaqda ittiham olunub.
Qarşılaşma Belçika millisnin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan əvvəl meydan sahibləri Azərbaycanın dövlət himni ilə bağlı yalnışlığa yol veriblər. Brüsseldə keçirilən matçda ilk olaraq İsveçin himni səsləndirilib. AFFA rəsmilərinin müdaxiləsindən sonra məsələ həll olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin