ÇL: “Santyaqo Bernabeu”dan xallarla ayrılmaq asan deyil”
“Real”ın keçmiş müdafiəçisi Fabio Kannavaro Çempionlar Liqasının “Real” – “Napoli” matçından gözləntilərini bölüşüb.
Komanda.az AS-a isitnadən xəbər verir ki, İtaliya millisinin sabiq futbolçusu təmirdən sonra ilk dəfə “Real”ın stadionuna gələcəyini bildirib:
“Bunlar ürəyimdə daşıdığım və mənə çox şey verən iki komandadır. Bacardığım zaman Madridə qayıdacam. Stadiona ilk dəfə gələcəm və bu mənim üçün çox vacibdir. “Santyaqo Bernabeu”ya getmək hissi başqa səviyyədir. Gedişdən sonra orada yoldaşlıq oyunu keçirmişəm, amma tikinti başlayandan bəri ilk dəfədir ki, orada olacam. Mənə dedilər ki, qarabasmalarım ola bilər. Bu, heyranedicidir. Uşaqlarım yanımdadır və onları muzeyə aparacam.
“Real”da çoxlu zədəli var? Bilirəm, amma bu, hər iki komanda üçün çox çətin oyundur və Madrid klubu artıq növbəti mərhələyə vəsiqə qazanıb. Təbii ki, “Napoli” yaxşı oynayır, onların yaxşı komandası var, baş məşqçi dəyişib. Amma etiraf edirəm ki, “Santyaqo Bernabeu”dan xallarla ayrılmaq asan deyil”.
Qarşılaşma bu gün saat 00:00-da başlayacaq.
Bizi Facebook-da izləyin