“Klubumuz üçün xoşbəxtəm” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Portu” ilə oyunu (2:1) haqda danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Xavi qələbəyə görə xoşbəxt olduğunu bildirib:

“Biz pley-offa yüksəldik və matçın çox hissəsində yaxşı oynadıq. Klubumuz üçün xoşbəxtəm. Bu, Avropanın ən yaxşı komandalarından birinə qarşı həqiqətən yaxşı qələbə idi.

Fasilə zamanı oyunçularıma dedim ki, daha cəsarətli olmalı, riskə getməlidilər. Joao Feliksə bu qol lazım idi, bu, onun üçün vacibdir”.

“Barselona” (12 xal) H qrupunda birinci yeri tutur. Kataloniyalılar ÇL-in pley-off mərhələsinə vəsiqəni təmin ediblər. “Portu” isə (9) ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button