Qvardiola zədəli futbolçu haqda: “Yanvarda qayıdacaq”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Kevin de Bruynenin zədələnməsinə, 2023-cü ildə bir daha meydana çıxmayacağına münasibət bildirib.

Komanda.az “City Xtra”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçunun yanvar ayında geri dönəcəyini təsdiqləyib:

“Yanvarda qayıdacağı deyilibsə, deməli, yanvarda qayıdacaq. Mən onun mövsüm boyu oynamasını istərdim. Düşünmürəm ki, belə uzun fasilə ona heç bir xeyir verməyəcək. Onun artıq 21 yaşı yoxdur. Təəssüf ki, onun vaxtı daralır. O, zədəlidir, sağalmalı və yaxşı hazırlaşmalıdır. Biz onun reabilitasiyadan bir həftə sonra tam hazır olacağını gözləmirik”.

32 yaşlı futbolçu Premyer Liqanın 1-ci turunun “Bernli” ilə oyununda (3:0) zədələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button