2023-cü ilin ən yaxşı futbolçusu adına 30 namizəd – SİYAHI

“Globe Soccer Awards-2023”ə namizəd futbolçular açıqlanıb.

Komanda.az xəbər verir ki, “İlin ən yaxşı futbolçusu” kateqoriyasında 30 oyunçu mükafata namizəddir.

Bunlar Xulian Alvares (“Mançester Siti”/Argentina), Nikolo Barella (“İnter”/İtaliya), Çud Bellingem (“Real”/İngiltərə), Kərim Benzema (“Əl-İttihad”/Fransa), Bernardo Silva (“Mançester Siti”/Portuqaliya), Yassin Bono (“Əl-Hilal”/Mərakeş), Kevin De Bruyne (“Mançester Siti”/Belçika), Ruben Diaş (“Mançester Siti”/Portuqaliya), Ederson (“Mançester Siti”/Braziliya), Filip Foden (“Mançester Siti”/İngiltərə), Cek Qriliş (“Mançester Siti”/İngiltərə), Antuan Qrizmann (“Atletiko”/Fransa), İlkay Gündoğan (“Barselona”/Almaniya), Erlinq Haland (“Mançester Siti”/Norveç), Harri Keyn (“Bayern”/İngiltərə), Xviça Kvaratsxeliya (“Napoli”/Gürcüstan), Robert Levandovski (“Barselona”/Polşa), Lautaro Martines (“İnter”/Argentina), Kilian Mbappe (PSJ/Fransa), Lionel Messi (“İnter Mayami”/Argentina), Kim Min-Jae (“Bayern”/Cənubi Koreya), Luka Modriç (“Real”/Xorvatiya), Martin Edeqor (“Arsenal”/Norveç), Andre Onana (“Mançester Yunayted”)/Kamerun), Viktor Osimhen (“Napoli”/Nigeriya), Rodri (“Mançester Siti”/İspaniya), Kriştiano Ronaldo (“Əl-Nəsr”/Portuqaliya), Bukayo Saka (“Arsenal”/İngiltərə), Məhəmməd Salah (“Liverpul”/Misir) və Vinisius Juniordur (“Real”/Braziliya).

İlin ən yaxşı futbolçusu səsvermə nəticəsində müəyyənləşəcək. Qalib yanvarın 19-da mükafatlandırılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button