İspaniyaya dönmək istəmir – “Əl-Əhli”də xoşbəxtdir

“Əl-Əhli”nin yarımmüdafiəçisi Qabri Veiqi yanvarda İspaniyanın “Selta” klubuna qayıdacağına dair şayiələrə cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bütün diqqətini indiki klubuna yönəltdiyini deyib:

“Çempionlar Liqasında iştirak edən klublardan maraqlananlar olub. Lakin “Əl-Əhli”də xoşbəxtəm. Bütün diqqətimi “Əl-Əhli”yə yönəltmişəm və klubla Səudiyyə Ərəbistanı çempionluğunu qazanmaq istəyirəm”.

Yarımmüdafiəçi bu mövsüm “Əl-Əhli”nin heyətində bütün turnirlərdə 12 matçda iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button