“Mən də Çempionlar Liqasını qazanmaq istəyirəm” – Keyn

“Bayern”in hücumçusu Harri Keyn Çempionlar Liqasını qazanmaq üçün klubun təzyiqlə üzləşməsi ilə bağlı sualları cavablandırıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingilis forvard Münhen klubuna kömək etmək üçün burada olduğunu bildirib:

“Əlbəttə, bu, dünyanın ən böyük klublarından birində oynamağın bir hissəsidir. Çempionlar Liqasını qazanmağımız gözlənilir və bilirəm ki, mən bu işdə kömək etmək üçün buradayam. Mən də Çempionlar Liqasını qazanmaq istəyirəm”.

30 yaşlı hücumçu bu mövsüm 16 oyun keçirib, 21 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button