ÇL: “İstədiyimizi çox yaxşı yerinə yetirdik” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə “Sevilya” üzərində qələbədən (2:0) danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, “Nyukasl”la oyundan söz açıb:

“Nyukasl”a məğlubiyyətdən sonra qələbə yaxşı oldu? Düşünürəm ki, “Nyukasl”a qarşı oyunda daha yaxşı şeylər etdik. Cavaba ehtiyacımız yox idi, çünki komanda çox çətin kluba qarşı çox yaxşı oynadı. Bu gün fərqli tələblər var idi, taktiki cəhətdən bizə fərqli bir şey lazım idi. Evdə oynadıq, fərqli oyuna ehtiyacımız var idi və istədiyimizi çox yaxşı yerinə yetirdik. Ona görə də, son iki çıxışdan çox məmnunam”.

ÇL-də dördüncü turdan sonra “Arsenal” 9 xalla birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button