Keyn – “Bayern”in ən yaxşısı

“Bayern”in hücumçusu Harri Keyn Almaniya çempionatının 10-cu turunun Dortmund “Borussiya”sı ilə matçda (4:0) 3 qol vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla, ingilis forvard Münhen klubunun heyətində 16-cı qolunu vurub. Ümumilikdə, Keynin bütün yarışlarda “Bayern” üçün 14 matçda 23 xalı (16+7) var. O, bu mövsüm bu göstəricilərlə komandanın ən yaxşısıdır.

30 yaşlı ingilis futbolçu bu yay “Tottenhem”dən “Bayern”ə keçib. Onun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button