Keyn: “Gözümün ucu ilə gördüm ki, qapıçı qəribə vəziyyətdədir”
“Bayern”in hücumçusu Harri Keyn Almaniya çempionatının 9-cu turunun “Darmştadt”la oyununda (8:0) meydanın mərkəzindən necə qol vurmasından danışıb.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu hesabda böyük fərqlə irəlidə olduqları üçün uzaq məsafədən qol vurmağı yoxladığını deyib:
“Mən topu götürdüm və gözümün ucu ilə gördüm ki, qapıçı qəribə vəziyyətdədir. Öz-özümə düşündüm ki, biz artıq dörd-beş top fərqi ilə irəlidəyik, niyə də burdan qol vurmaq olmasın?”
Keyn “Darmştadt”la matçda het-trik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin