“Barselona” aparıcı futbolçusuna yeni müqavilə təklif etməyib
“Barselona”nın idman direktoru Deku klubun yarımmüdafiəçi Frenki de Yonqa yeni müqavilə təklif etmədiyini bildirib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Deku, niderlandlı futbolçunun komandada qalmasını istədiklərini dilə gətirib:
“De Yonqla yeganə söhbətimiz təyinatdan sonra bir-birimizi tanımaq haqda oldu. Ona hələ ki, yeni müqavilə təklif olunmayıb. O, futbolçu kimi ideal yaşdadır və əla səviyyədə oynayır. Buna görə də, biz onun daha bir neçə il komandada qalmasını istəyirik”.
26 yaşlı futbolçu 2019-cu ilin yayında “Ayaks”dan “Barselona”ya keçib. O, bu mövsüm meydana çıxdığı 6 matçda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin