Azərbaycan millisinin 2 futbolçusu Avstriya ilə matçın heyətindən kənarda qaldı

Azərbaycan millisinin iki futbolçusu AÇ-2024-ün seçmə mərhələsində bu gün Avstriya ilə evdə keçiriləcək matçın “23-lüy”ündən kənarda qalıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Canni De Byazi Türkiyənin “Tuzlaspor” klubundan müdafiəçisi Bəxtiyar Həsənalızadə və “Səbail”in yarımmüdafiəçisi Yusif Nəbiyevə ehtiyac duymayıb.

Bu futbolçular qarşılaşmanı tribunadan izləməli olacaqlar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya görüşü bu gün, saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button