Mahirdən 1 qol, 1 məhsuldar ötürmə, “Dinamo”dan darmadağın
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, komanda 9-cu tur çərçivəsində səfərdə “Rudeş”lə qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib.
Emreli də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu 38-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb. 58-ci dəqiqədə isə o, Yosip Drmiçin vurduğu qolda məhsuldar ötürmə müəllifi olub
“Dinamo” hazırda turnir cədvəlində 16 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin