Narazıdırlar – “Real”ı tərk edə bilərlər

“Real”ın yarımmüdafiəçiləri Luka Modriç və Toni Kroos Madrid klubunu tərk edə bilər.

Komanda.az “Relova”-ya istinadən xəbər verir ki, hər iki futbolçunun oyun müddəti ötən mövsümlə müqayisədə demək olar ki, yarıya qədər azalıb və onlar bu vəziyyətdən narazıdırlar. Yarımmüdafiəçilər komandada aparıcı rolları saxlamaq istəyirlər.

Modriç 2022/23 mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 51 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Xorvatiyalı futbolçunun “Real”la müqaviləsi 2024-cü ilin sonuna kimidir.

Kroos “Real”ın heyətində ötən mövsümdə bütün turnirlərdə 52 matçda iştirak edib, iki qol vurub və altı məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button