Simeone daha 2 il “Atletiko”da qalacaq

“Atletiko” rəhbərliyi komandanın baş məşqçisi Dieqo Simeone ilə müqaviləni uzatmaq qərarına gəlib.

Komanda.az “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssislə yeni müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub.

Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır. Argentinalı məşqçi bu müddət ərzində Madrid klubu ilə iki dəfə İspaniya çempionatının və superkubokunun, iki dəfə Avropa Liqasının və UEFA superkubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button