İngilis futbolçu 5 aylıq futboldan uzaqlaşdırıldı
İngiltərə Futbol Assosiasiyası “Nottingem Forest”in müdafiəçisi Harri Toffolonun 5 ay müddətinə futboldan uzaqlaşdırıldığını açıqlayıb.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, buna onun mərc oyunlarında iştirak etməsi səbəb olub.
28 yaşlı futbolçu 375 dəfə İngiltərə Futbol Assosiasiyasının qaydalarını pozduğunu etiraf edib. Bildirilir ki, bütün qanun pozuntuları 2014-2017-ci illər arasında futbolçu tərəfindən törədilib və bu müddət ərzində o, “Norviç”, “Suindon”, “Roterem” və “Peterboro” klublarında çıxış edib.
İngiltərəli futbolçu diskvalifikasiyadan əlavə 21 min funt sterlinq də cərimələnib.
Toffolo 2022-ci ilin iyulundan “Nottinqem Forest”də çıxış edir. O, 2023/24 mövsümündə bir matçda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin