MY 40 milyon təklif edir, “Lester” 80 milyon istəyir
İngiltərənin “Lester” klubunun müdafiəçisi “Mançester Yunayted”in maraq dairəsindədir.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”, “Lester”in 26 yaşlı futbolçusu Harri Maquayrı transfer etmək niyyətindədir. Mançester təmsilçisi bu keçid üçün 40 milyon funt-sterlinq təklif etsə də, “tülkülər” 80 milyon tələb edir.
Bir il əvvəl də “Mançester Yunayted” ingiltərəli futbolçunu transfer etmək istəmiş, “Lester”in 70 milyon funt-sterlinq tələb etməsindən sonra bu keçiddən imtina etmişdi.
Maquayrla “Mançester Siti”nin də maraqlandığı bildirilir.
2017-ci ildən “Lester”in şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2023-cü ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin