“Xavi müqavilənin uzadılmasına layiqdir” – “Barselona” rəsmisi
“Barselona”nın idman direktoru Deku komandanın baş məşqçisi Xavi ilə yaxın vaxtlarda yeni müqavilə imzalanacağını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Deku klubun Xaviyə güvəndiyini söyləyib:
“Xavi ilə yeni müqavilə imzalanacaq. O, müqavilənin uzadılmasına layiqdir. Müqavilə nə vaxta qədər nəzərdə tutulacaq? Tezliklə öyrənəcəksiz. Amma biz Xaviyə həqiqətən güvənirik”.
43 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Onun rəhbərliyi altında kataloniyalılar 2022/23 mövsümündə İspaniya çempionu olublar və ölkə superkubokunu qazanıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin