“Bundan acı itki yox idi” – Neymar
“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında komandasının Xorvatiya millisinə uduzmasını karyerasının ən ağır məğlubiyyəti adlandırıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu millinin yenilənmə mərhələsində olduğunu bildirib:
“Təəssüf ki, dünya çempionluğu növbəti dəfə təxirə salındı. Bundan acı itki yox idi. Artıq etdiyimiz yaxşı işləri xatırlamalıyıq. Dünya çempionatında çıxış edən futbolçularımız var, bizə çoxlu gənclər gəlir, sayları artır.
DÇ-2026-ya üç il qalıb, lakin illər çox tez keçir, hazırlığa indidən başlamalıyıq. Yenilənmə mərhələsinə başlayırıq. Bu bir gecədə baş vermir. Ancaq hədəflərimizə çatmaq üçün maksimum gücümüzü verməyə çalışacağıq”.
Xatırladaq ki, DÇ-2022-də Braziliya yığması penaltilər seriyasında Xorvatiyaya uduzub.
Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Boliviya ilə qarşılaşacaq. Görüş sentyabrın 9-na keçən gecə keçiriləcək.
Bizi Facebook-da izləyin