Türkiyə klubu “sükan”ı keçmiş baş məşqçisinə tapşırdı
Türkiyənin “Qaziantep” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Marius Şumudika ilə razılıq əldə edilib.
52 yaşlı rumıniyalı mütəxəssis sentyabrın 7-də Qaziantepə gedərək, klubla son detalları müzakirə edəcək. O, bu postda Erdal Günəşi əvəzləyib.
Son olaraq Səudiyyə Ərəbistanında “Əl Raed”də işləyən Şumudika 2019-2021-ci illərdə də “Qaziantep”in “sükanı arxasında” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin