Avropa Liqasında qrup mərhələsinin püşkü atıldı

UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, Fransanın Monako şəhərində keçirilən püşkatmada qrupların tərkibi müəyyənləşib.

32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb.

Qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.

A qrupu: “Vest Hem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Baçka Topola” (Serbiya)
B qrupu: “Ayaks” (Niderland), “Marsel” (Fransa), “Brayton” (İngiltərə), AEK (Yunanıstan)
C qrupu: “Reyncers” (Şotlandiya), “Betis” (İspaniya), “Sparta” (Çexiya), “Aris” (Kipr)
D qrupu: “Atalanta” (İtaliya), “Sportinq” (Portuqaliya), “Şturm” (Avstriya), “Rakuv” (Polşa)
E qrupu: “Liverpul” (İngiltərə), LASK (Avstriya), “Union” (Belçika), “Tuluza” (Fransa)
F qrupu: “Vilyarreal” (İspaniya), “Renn” (Fransa), “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan)
G qrupu: “Roma” (İtaliya), “Slaviya” (Çexiya), “Şerif” (Moldova), “Servett” (İsveçrə)
H qrupu: “Bayer” (Leverkuzen, Almaniya), “Qarabağ” (Azərbaycan), “Molde” (Norveç), “Haken” (İsveç)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button