Avropa Liqası: Bu gün “Qarabağ”ın rəqibləri məlum olacaq

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimində yer alacağı səbət müəyyənləşib.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu püşkatmada 2-ci səbətdə qərarlaşacaq.

Bu gün Fransanın Monako şəhərində təşkil olunacaq püşkatma mərasimi saat 15:00-da başlayacaq. Ağdam komandası “Sportinq” (Portuqaliya), “Slaviya” (Çexiya), “Renn”, “Marsel” (hər ikisi Fransa), “Olimpiakos” (Yunanıstan), “Betis” (İspaniya) və LASK-a (Avstriya) rəqib olmayacaq.

Avropa Liqası, qrup mərhələsi

1-ci səbət
“Vest Hem” (İngiltərə)
“Liverpul” (İngiltərə)
“Roma” (İtaliya)
“Ayaks” (Niderland)
“Vilyarreal” (İspaniya)
“Bayer 04” (Almaniya)
“Atalanta” (İtaliya)
“Reyncers” (Şotlandiya)

2-ci səbət
“Sportinq” (Portuqaliya)
“Slaviya” (Çexiya)
“Renn” (Fransa)
“Olimpiakos” (Yunanıstan)
“Betis” (İspaniya)
LASK (Avstriya)
“Marsel” (Fransa)
“Qarabağ” (Azərbaycan)

3-cü səbət
“Molde” (Norveç)
“Brayton” (İngiltərə)
“Şerif” (Moldova)
“Union” (Belçika)
“Frayburq” (Almaniya)
“Sparta” (Çexiya)
“Makkabi” (Hayfa, İsrail)
“Şturm” (Avstriya)

4-cü səbət
“Tuluza” (Fransa)
AEK (Yunanıstan)
“Baçka Topola” (Serbiya)
“Servett” (İsveçrə)
“Panatinaikos” (Yunanıstan)
“Rakuv” (Polşa)
“Aris” (Kipr)
“Haken” (İsveç)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button