UEFA-dan Mahir Emrelinin klubuna ağır cəza
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun azarkeşlərinə mövsümün sonunadək komandanın avrokuboklarda səfər oyunlarına gəlmək qadağan edilib.
Komanda.az xəbər verir ki, bu barədə UEFA bəyanat yayıb.
Avqustun 7-də Yunanıstanın paytaxtı Afinada Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunundan bir gün öncə yerli AEK və “Dinamo” azarkeşləri arasında kütləvi dava olub, bir nəfər ölüb. Nəticədə oyun ertələnib.
İlk görüş avqustun 15-də baş tutub və AEK-in səfərdə 2:1 hesablı qələbəsi ilə başa çatıb. Avqustun 19-da Afinada keçirilən ikinci görüşdə komandalar bərabərə qalıb (2:2). “Dinamo” Avropa Liqasının pley-off mərhələsində çıxışını davam etdirəcək.
Azərbaycanlı hücumçu Mahir Emreli “Dinamo”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin