Fərid Qayıbov Taha Ayhanı qəbul edib
Gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanı qəbul edib.
Nazirlikdən Komanda.az-a verilən məlumata görə, qonağı salamlayan nazir onu növbəti dəfə Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
Görüşdə təşkilatla ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib və gənclər siyasəti mövzusunda fikir mübadiləsi aparılıb.
Taha Ayhan səmimi qəbula görə minnətdarlıq edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin