ÇL: “Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri məlum oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.

Komanda.az xəbər verir ki, “köhlən atlar” ÇL-in 2-ci mərhələsində Polşa “Rakuv”unu keçsə, növbəti mərhələdə “Aris” (Kipr) – BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.

Ağdam klubu 3-cü mərhələyə vəsiqə qazana bilsə, ilk oyunu evdə keçirəcək.

3-cü təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab görüşləri isə 15 avqustda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button