“Nyukasl”la “Lester” arasında sövdələşmə
“Lester”in yarımmüdafiəçisi Harvi Barns tezliklə “Nyukasl”a keçəcək.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi yarımmüdafiəçi üçün təxminən 38 milyon funt sterlinq ödəyəcəyi barədə “Lester”lə razılığa gəlib.
Futbolçu ilə müqavilənin şərtlərini razılaşdırarkən heç bir problem yaşanmayacağı gözlənilir.
Barns “tülkülər”in yetirməsidir. O, bütün turnirlər daxil olmaqla 187 oyunda 45 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin