“Hələlik istədiyimiz alınmır” – “Neftçi”nin legioneri
“Neftçi”nin futbolçusu Solomon Kverkveliya Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Matç TV kuboku” barədə danışıb.
Komanda.az xəbər verir ki, “sport24.ru” saytına açıqlama verəb gürcü müdafiəçi, turnirin yaxşı təşkil olunduğunu bildirib:
“Bu, bizim üçün təlim-məşq xarakteri daşıyır. Hələlik istədiyimiz alınmır. Təbii ki, bu heç də xoş deyil. Burada güclü klublar iştirak edirlər”.
Vaxtilə “Rubin”, “Nefteximik”, “Lokomotiv” (Moskva) və “Rotor” komandalarının formasını geyinmiş 31 yaşlı oyunçu “Yenidən bu ölkəyə qayıtmaq istərdizmi” və “Rusiyadan təklif almısızmı” suallarına “Bilmirəm” deyə, cavab verib.
“Neftçi” “Matç TV kuboku”ndakı ilk oyununda Rusiya “Zenit”inə 1:3, ikinci matçında isə Serbiya “Srvena Zvezda”sına 0:4 hesabı ilə uduzub. “Ağ-qaralar” turnirdə son oyununu iyulun 15-də Türkiyə “Fənərbaxça”sına qarşı keçirəcək.
Bizi Facebook-da izləyin