Daha bir yarış Rusiyadan alınıb
Qadın həndbolçular arasında 2026-cı il Avropa çempionatının ev sahibliyi hüququ Rusiyadan alınıb.
Komanda.az xəbər verir ki, bu barədə Avropa Həndbol Federasiyası (EHF) qərar qəbul edib.
Qurum hələlik yeni ölkənin adını açıqlamayıb.
2022-ci il fevralın 28-də EHF İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Belarus komandaları yarışlardan kənarlaşdırılıb. Buna səbəb Rusiyanın Ukraynaya işğalçı hücumudur. Belarus isə Rusiyanın ən yaxın müttəfiqi sayılır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin