Hüseynovsuz məğlubiyyət
Bolqarıstanın “Arda” komandası yeni mövsümünə hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası Sofiya “Lokomotiv”i ilə üz-üzə gəlib.
Altı qolun qeydə alındığı qarşılaşma “Arda”nın məğlubiyyəti ilə bitib – 2:4.
Cəlal Hüseynov bu görüşün iştirakçısı olmayıb. Məşqçilər korpusu əvvəlki sınaq matçlarında start heyətdə meydana buraxdıqları müdafiəçiyə bu dəfə istirahət veriblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin