“Bakıda mümkün qədər çox qol vurmalıyıq”
Slovakiya yığmasının futbolçusu Milan Şkrinyar AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 11-də Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, İtaliya “İnter”inin şərəfini qoruyan müdafiəçi də digər komanda yoldaşları kimi, Bakıda isti havadan ehtiyatlanır:
“Bakıya tez gəlməyimiz yaxşıdı, nəinki oyundan bir gün əvvəl. Belədə hava şəraitinə daha yaxşı uyğunlaşa bilərik. Hava çox isti olacaq. Buna baxmayaraq, uğur qazanacağımıza inanıram. İtaliya ilə Slovakiyanın iqlimi oxşardı. Hərdən isti, hərdənsə çox soyuq olur. Havadan asılı olmayaraq, Bakıda mümkün qədər çox qol vurmalıyıq”.
Sabah 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Slovakiya oyununa saat 20:00-da start veriləcək.
Bizi Facebook-da izləyin