Avropa Oyunları: 1/8 finala növbəti vəsiqə

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Polşada keçirilən 3-cü Avropa Oyunlarında kişi badmintonçuların şəxsi yarışında 1/8 finala vəsiqəni təmin edib.

Komanda.az xəbər verir ki, Edi G qrupunun ikinci turunda Bolqarıstan təmsilçisi Dimitar Yanakiyevlə qarşılaşıb. 3 set davam edən görüşün yekununda 2:1 (17:21 21:16, 21:9) hesablı qələbə qazanan badmintonçumuz qrupda ardıcıl ikinci qələbəsini qazanaraq son turun nəticəsindən asılı olmayaraq, pley-offa vəsiqəni təmin edib.

Edi qrup mərhələsində son görüşünü sabah Ukrayna badmintonçusu Danilo Bosniuka qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button