Braziliyalı futbolçu “Qarabağ”da – Rəsmi
“Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini açıqlayıb.
Komanda.az xəbər verir ki, Ağdam klubu sosial şəbəkə vasitəsilə braziliyalı vinger Juninyonun keçidini elan edib.
27 yaşlı hücumameyilli oyunçu Portuqaliyanın “Çaves” klubundan transfer olunub. O, yeni klubu ilə 3 illik müqavilə imzalayıb. Juninyo “Qarabağ”da 18 nömrəli formanı geyinəcək.
“Qarabağ”ın transfer dönəmində ilk keçidi “Zirə”dən fransalı vinger Hamidu Keyta olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin