Ronaldonun bacısı: “O, heç vaxt spirtli içki içməyib”
Kriştiano Ronaldonun bacısı Elma Aveyro qardaşı barədə maraqlı açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun heç vaxt spirtli içki qəbul etmədiyini bildirib:
“Ronaldo əvvəldən heç kimin kölgəsi olmayacağına dair qəti qərar qəbul edib. O, heç vaxt spirtli içki içməyib”.
AÇ-2024-ün seçmə mərhələsinin dördüncü turunun Portuqaliya – İslandiya (1:0) qarşılaşmasında komandasının qələbə qolunu vuran Kriştiano yığmanın heyətində 200-cü oyununu keçirib.
Hazırda Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr”də çıxış edən forvard karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real”, “Yuventus” kimi klublarda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin