Haland Mbappeni qabaqladı

Norveç milli komandası AÇ-2024-ün seçmə mərhələsinin dördüncü turunda Kipri məğlub edib (3:1).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu görüş Norveçin hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Oyunda iki qol imza atan forvard mövsüm ərzində milli komanda və klub futbolunda ümumilikdə, 56 qol vurub. Nəticədə, o, TOP-5 liqalarda 2022/23 mövsümündə ən çox qol vuran futbolçu olub. Haland PSJ-dən Kilian Mbappeni qabaqlayıb (54 qol).

Haland keçən ilin yayında “Borussiya”dan (Dortmund) “Mançester Siti”yə keçib. O, “şəhərlilər”in heyətində debüt mövsümündə İngiltərə Premyer Liqasının, federasiya kubokunun və Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button