“Barselona”da ilk altı ay mənim üçün çox çətin keçdi” – Rafinya
“Barselona”nın yarımmüdafiəçisi Rafinya İspaniya təmsilçisinə keçdikdən sonra ilk altı ayın onun üçün çox çətin keçdiyini bildirib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu komanda yoldaşlarının köməyiylə kluba uyğunlaşdığını deyib:
“Barselona”da ilk altı ay mənim üçün çox çətin keçdi. Qollar vura və məhsuldar ötürmələr edə bilmirdim. Komanda yoldaşlarımın köməyiylə kluba uyğunlaşdım”.
Rafinya 2022-ci ilin yayında İngiltərənin “Lids” klubundan Kataloniya təmsilçisinə keçib.
“Sambaçı” 2022/23 mövsümündə İspaniya La Liqasında 36 oyuna çıxıb, yeddi qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin