“Daha da inkişaf etmək istəyirəm”
“Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov Azərbaycan kubokunun “Neftçi” ilə final qarşılaşmasından sonra (1:0) fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, zədə səbəbindən çox oynaya bilmədiyini bildirib:
“2022/23 mövsümündə zədə səbəbindən çox oynaya bilmədim. Mövsümün yarısını buraxdım, 6 ay sonra oynamağa başladım. Mövsümü dördüncü yerdə bitirdik, ölkə kubokuna yiyələndik. Zaman keçdikcə daha da inkişaf etmək istəyirəm”.
Xatırladaq ki, “Bakcell Arena”da keçirilən oyunda əsas vaxt qolsuz bitib. Əlavə vaxtda isə penalti qazanan “Qəbələ” bu şansdan maksimum yararlanıb. Beləcə, 1:0 hesablı qələbə qazanan “Qəbələ” ölkə kubokunun qalibi olub.
Rövşən Əlisoy
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin