Mourinyo: “Futbolçularıma gələcəyimlə bağlı həqiqətləri dedim”
“Roma”nın baş məşqçisi Joze Mourinyo hazırda heç bir klubla danışıqlar aparmadığını söyləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, eyni zamanda, o, gələcəyi ilə bağlı həqiqətləri futbolçularına dediyini bildirib:
“Hazırda heç bir klubla danışıqlar aparmamışam. Futbolçularıma gələcəyimlə bağlı həqiqətləri dedim. Bu, onlarla mənim aramda olan məsələdir. Onlar mənim nə edəcəyimi bilirlər”.
Portuqaliyalı mütəxəssisin komandası hazırda İtaliya A Seriyasının turnir cədvəlində 60 xalla 7-ci pillədə qərarlaşıb. “Roma” 38-ci turda “Spetsiya”nı qəbul edəcək.
Paytaxt təmsilçisi bu gün Avropa Liqasının final matçında “Sevilya” ilə qarşılaşacaq. Görüş saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin