Xarici KİV: Ronaldo “Əl-Nəsr”lə müqaviləni pozmaq istəyir
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə müqaviləni vaxtından əvvəl pozmaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Məlumatda bildirilir ki, “müasir cəmiyyətdən uzaq” adlandırdığı Səudiyyə Ərəbistanının infrastrukturu Ronaldonu qane etmir. 38 yaşlı hücumçunun yaxın ətrafı Avropaya qayıda bilmək üçün hazırkı vəziyyəti klub rəhbərliyinə bəyan etməyə hazırlaşır.
Ronaldo üzrlü səbəb olmadan “Əl-Nəsr”i tərk etmək qərarına gəlsə, o zaman FİFA-nın qaydalarına əsasən, hazırkı müqaviləsinin bitməsinə qalan iki il üçün kluba təzminat ödəməli olacaq. Bundan əlavə, reqlament portuqaliyalı oyunçuya qarşı sanksiyaları nəzərdə tutur.
Ronaldo 2023-cü il yanvarın 1-dən “Əl-Nəsr”də çıxış edir. O, Səudiyyə Ərəbistanı çempionatında 14 oyun keçirib və 13 qol vurub.
Bizi Facebook-da izləyin