60-cı qol

Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda “Qarabağ”ın heyətində 60-cı qolunu vurub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, Braziliya əsilli yarımmüdafiəçi Premyer Liqanın 35-ci turunda fərqlənib. O, “Sumqayıt”la ev görüşündə (1:2) rəqib qapısına yol tapıb.

Almeyda Ağdam klubunun heyətində Azərbaycan çempionatında 47, avrokuboklarda 8, ölkə kubokunda 5 qola imza atıb.

Oyunçu “Qarabağ”ın heyətində 2012/13 mövsümündə debüt edib. O, ilk qolu da “Sumqayıt”ın qapısından keçirib. Yarımmüdafiəçi 2012-ci il avqustun 12-də səfərdəki qarşılaşmada (6:1) fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button