Avroliqada və Konfrans Liqasında həftənin ən yaxşı oyunçuları açıqlandı
Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu ada İspaniya “Sevilya”sından İvan Rakitiç layiq görülüb.
O, “Yuventus”la 1:1 hesablı heç-heçəyə nail olduqları səfər oyununda 88 faiz dəqiq ötürmə ilə yadda qalıb.
Bu ada “Roma”dan Nemanya Matiç, “Bayer”dən Edmond Tapsoba və “Yuventus”dan Federiko Qatti də namizəd idi.
Avropa Konfrans Liqasında da həftənin ən yaxşısı müəyyənləşib. Bu ada “Vest Hem”dən Səid Benrahma layiq görülüb. O, Niderlandın “Alkmaar” komandasına 2:1 hesabıyla qalib gəldikləri matçda bir qol vurub.
Konfrans Liqasında həftənin oyunçusu adına “Vest Hem”in digər futbolçusu Deklan Rays, həmçinin “Fiorentina”dan Kristiano Biraqi və “Bazel”dən Andi Diuf da namizəd idi.
Bizi Facebook-da izləyin