“Şübhəsiz, “qızıl top”u Messiyə verərdim”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni “qızıl top” mükafatı haqda danışıb.

Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ki, o, “mükafatı kimə təqdim edərdiz” sualını belə cavablandırıb:

“Şübhəsiz, “qızıl top”u Lionel Messiyə verərdim.

Erlinq Haland da inanılmaz çıxış edir. “Qızıl top”u kimin əldə edəcəyini görəcəyik”.

Messi yeddi dəfə “qızıl top” mükafatını qazanıb.

Argentinalı futbolçu cari mövsümdə PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə edib. Eyni zamanda, o, milli komanda ilə DÇ-2022-nin qalibi olub.

Messinin Liqa 1 təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Paris klubu onunla sözləşməni yeniləmək fikrində deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button